• Qızardılmış toyuq qanadları resepti

Reseptin məlumatları Baxış sayı: 17 179

Tarix : 6-03-2017, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 kq toyuq qanadları
50-70 q soy sousu
100 q tomat şirəsi
1 x.q. tomat pastası
2 ç.q. ketçup
1 limon
2 diş sarımsaq
Duz, istiot, paprika

Hazırlanması:
Toyuq qanadlarını duzlamaq, istiotlamaq və paprika vurmaq. Üzərinə limon suyu, soy sousu, tomat şirəsi, tomat pastası və ketçupla sarımsağı əlavə edib qarışdırmaq

Toyuq qanadlarını bir sutka ərzində soyuducuda saxlamaq. (Vaxt azdırsa azı 3 saat ərzində saxlamaq olar.)

Marinə edilmiş qanadları soba listinə düzmək və 180 dərəcə hərarətdə 35 dəg. ərzində üzəri qızaranadək bişirmək lazımdır.

Hazır qanadları istənilən sousla süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: tomat, ərzində, qanadları, paprika, Toyuq, limon, saxlamaq, qanadlarını, şirəsi, pastası, sousu, hərarətdə, dərəcə, düzmək, listinə, edilmiş, üzəri, bişirmək, Marinə, vermək
BİZİ İZLƏYİN