• Fajitas resepti

Reseptin məlumatları Baxış sayı: 35 405

Tarix : 23-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
300 qr. dana bifşteks və ya
300 qr toyuq filesi
Rəngli bibəri (sarı, qırmızı, yaşıl)
2 ədəd orta boy soğan
duru yağ
3 diş sarımsaq
2-3 yemək qaşığı soya sousu
Qırmızı pul bibər
Oriqana
Tortilla (lavaş çörəyi)

Hazırlanması:
Əvvəlcə can ətini və yaxud toyuq ətini nazikləşdirib duz və istiot ilə dadlandırın.
Sarımsakları soyun və incə incə doğrayın (rəndələyə də bilərsiniz).
Doğradığınız ətləri geniş bir qaba alın, sarımsağı, soya sousunu, bütün ədviyyatları və 1 çay stəkanıduru yağı əlavə 2 saat qədər marinə edin.
Bibərləri təmizləyin və quru soğanlarla birlikdə eninə doğrayın.
Geniş bir tavaya 2 yemək qaşığı duru yağ qoyun, bibərləri və soğanları yüngülcə soteləyin.
Tərəvəzlər tam bişənə yaxın ocaqdan alın.
Qızdırdığınız tavada marinə etdiyiniz ətlərin hər iki tərəfini bişirin.
Sotelədiyiniz tərəvəzləri iki qaba alın. Bişən əti jülyen doğrayaraq tərəvəzlərin üzərinə düzün.
lavaşları istilədin, yanında istəyə görə salsa sousu, xama və avokado sous ilə çox isti servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, bilərsiniz, ətini, doğrayın, yemək, sousu, toyuq, marinə, ocaqdan, yaxın, Geniş, eninə, Qızdırdığınız, bişənə, tavada, Tərəvəzlər, soğanları, bibərləri, tavaya, etdiyiniz
BİZİ İZLƏYİN