• Soba paketində toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 5 454

Tarix : 8-04-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
1 ədəd 1.5 kq-lıq toyuq
1 ədəd soba paketi
1 ç.q un
4 ədəd kartof
3 ədəd yerkökü
sous üçün – 1 x.q bibər (pomidor da ola bilər) tomatı
0.5 su stəkanı qatıq
0.5 su stəkanı duru yağ
1 ç.q kəklik otu ovundusu
3 diş sarımsaq
1 ç.q pul bibər
1 ç.q duz
yarım ç.q qara istiot
1 limonun suyu
yarım ç.q zirə (olmaya da bilər)

Hazırlanması:
Öncə toyuğu yuyub qurulayırıq. Sous üçün vasitələri bir qabda qarışdırırıq. Toyuğun hər tərəfini əvvəlcə limon suyuna, sonra sosusa yaxşıca batırıb 1 saat saxlayırıq.

Soba paketinin içinə 1 ç.q un səpib, toyuğu ehtiyatla paketin içinə yerləşdiririk. Kartof və yerkökünün qabıqlarını soyub, dilimləyib yerdə qalan sousa bulayırıq. Tərəvəzləri soba paketinin içinə yerləşdirdikdən sonra paketin ucunu qıvıraraq bağlayırıq. Paketin üzərindən bir neçə yerindən iynəylə dəliklər açırıq, soba sinisinə qoyub, 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişiririk. Sobadan çıxardıb, paketin ağzını diqqətlə açırıq ki, buxarı əlimizi yandırmasın. Yenidən sobaya qoyub, üzəri qızarana qədər bişiririk. Qızaran toyuğu sobadan çıxardıb, yavaşca paketı açırıq. Sobada bişmiş ləzzətli toyuğu süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: toyuğu, paketin, açırıq, içinə, sonra, çıxardıb, paketinin, qoyub, bişiririk, yarım, bibər, bilər, stəkanı, dərəcə, yerləşdirdikdən, ucunu, qızdırılmış, qıvıraraq, sobada, dəqiqə
BİZİ İZLƏYİN