• Mərakeşsayağı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 5 330

Tarix : 28-05-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
*6 yemək qaşığı zeytun yağı;
*3 stəkan doğranılmış soğan;
*6 diş doğranılmış sarımsaq;
*1 xörək qaşığı pulbiber;
*1 + 1/2 çay qaşığı duz;
*1 xörək qaşığı sarıkök;
*1 çay qaşığı darçın;
*1 çay qaşığı üyüdülmüş qara bibər;
*1/2 çay qaşığı üyüdülmüş kimyon;
*1/2 çay qaşığı üyüdülmüş zəncəfil;
*1 banka öz şirəsində konservləşdirilmiş pomidor – 400 qram (əlbəttə, təzə pomidor vətomat pastasından istifadə etmək olar);
*1/2 fincan su (lazım gələrsə əlavə etmək olar);
*3 xörək qaşığı (və ya istədiyiniz təqdirdə daha çox) limon şirəsi;
*4 toyuq budu +4 toyuq bud dibi (və ya 8-10 hissəyə bölünmüş bütöv toyuq);
*1 iri badımcan,böyük dörd bucaqlara bölünmüş (2 sm);
*1/2 fincan badam (yüngül qızardılmış), bəzək üçün cəfəri.

Hazırlanması:
Iri qazanda 2 xörək qaşığı zeytun yağını qızdırırıq, soğan və sarımsaq əlavə edirik, qapağını örtürük və 10 dəqiqə yumşaq olana qədər bişiririk.

Bütün ədviyyatları əlavə edirik və bir dəqiqə qarışdırırıq. Limon şirəsi vətomat şirəsi əlavə edirik, qaynamağa qoyuruq. Toyuğu 1-lay qazana düzürük, qaynamağa başlayanda, temperaturu azaldıb, toyuğu 20 dəqiqə aşağı istilikdə bişiririk. Toyuqu çevirib, 20 dəqiqə bişirməyə qoyuruq.

Bu zaman doğranılmış badımcanı qalan 4 xörək qaşığı yağ ilə qarışdırıb,dəmir qaba yerləşdirib sobada yumuşalana kimi 200 C dərəcədə 20-25 dəqiqə bişiririk,vaxt aşırı çeviririk.

Bişmiş badımcanları qazandakı toyuq ətinin üzərinə əlavə edirik və tamların tam qarışması üçün 10 dəqiqə qapaqsız bişiririk, üzərinə limon şirəsi, duz və istiot əlavə olunur. Toyuğu sous ilə birlikdə böyük buluda qoyub,üzərini badam və cəfəri ilə bəzəyirik.

Nuş olsun!
Etiketlər: qaşığı, dəqiqə, əlavə, xörək, toyuq, şirəsi, edirik, bişiririk, üyüdülmüş, doğranılmış, qoyuruq, Toyuğu, etmək, fincan, böyük, qaynamağa, vətomat, cəfəri, badam, bölünmüş
BİZİ İZLƏYİN