• Bəhməzli halva resepti

Reseptin məlumatları Baxış sayı: 20 432

Tarix : 24-09-2014, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 armudu st. bəhməz
1 armudu st. şəkər tozu
1 st. un
1 st. su
yarım paket marqarin (125 q)
1 armudu stəkan xırdalanmış fındıq ləpəsi

Hazırlanması:
Bir qazanda şəkər tozu, bəhməz və suyu yaxşıca qarışdırın.

Marqarini enli tavada əridin. Un və fındıq ləpəsini əlavə edib qızaranadək qovurun.
Ehtiyatla bəhməzli qarışığı əlavə edin. Qarışdırmağı dayandırmayın. Sonra vam odda, aradabir qarışdıraraq 20 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun. Əlinizlə parçalar qopararaq kündələyin, ortasına fındıq basın.

Nuş olsun!
Etiketlər: fındıq, armudu, əlavə, şəkər, bəhməz, qarışdıraraq, dəqiqə, bişirin, Sonra, Qarışdırmağı, dayandırmayın, Ocaqdan, aradabir, Əlinizlə, ortasına, basın, olsun, kündələyin, qopararaq, soyudun
BİZİ İZLƏYİN