• Qızılgül ətirli halva resepti

Reseptin məlumatları Baxış sayı: 18 083

Tarix : 12-08-2014, 23:00

Bölmə : Şərbətli şirniyyatlar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. su
2 st. gül suyu (gülab)
1 paket marqarin
1 kq un
3 yumurta
1 ç.q. soda

Şərbət:
4 st. su
4 st. şəkər tozu
0,5 limonun şirəsi

Hazırlanması:
Su, gül suyu və marqarini bir qazanda qaynadın. Üzərinə ələnmiş unu az-az əlavə edib sürətlə qarışdırın. Çalışın, lopalar qalmasın. Xəmir halına gələndə ocaqdan götürün.

Soyuduqdan sonra yumurta və sodanı əlavə edib qarışdırın.

Soba sinisini yağlayın. Xəmiri içinə döşəyin (əlinizlə basıb hamarlayın) və zövqünüzə görə, romb və ya düzbucaqlı, kəsin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Şərbət: su və şəkəri bir qazanda qaynadın. Qaynadıqdan 10 dəqiqə sonra limon şirəsini əlavə edin. Bir buğum qaynadıqdan sonra ocaqdan götürün. Qızarmış halvanı sobadan çıxarıb üzərinə qaynar şərbəti tökün. Yenidən sobaya qoyub daha 5 dəqiqə bişirin.

Süfrəyə soyuyandan sonra verin.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, dəqiqə, qarışdırın, qaynadın, götürün, ocaqdan, qazanda, yumurta, bişirin, dərəcə, sobada, şirəsini, limon, qızdırılmış, üzəri, şəkəri, buğum, Qaynadıqdan, qızaranadək
BİZİ İZLƏYİN