• Ekler pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 14 514

Tarix : 27-01-2017, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan su,
200 qram marqarin,
2 stəkan un,
7 yumurta.

Hazırlanması:
Su ilə yağ qazanda qaynamağa qoyulur. Sonra un qarışdıra-qarışdırıla hissə-hissə tökülüb 5-6 dəqiqə bişirilir. Altı söndürülən xəmir soyuyana qədər qarışdırılır. Soyuq xəmirə yumurtalar 1-1 vurularaq mikserlə çalınır. Hazır xəmir əvvəlcədən qızdırılmış siniyə istənilən formada (mən qaşığın ucunda qoyuram. Balaca qoyun, çünki bişəndə şişir) qoyula bilər. 190 dərəcədə 30 dəqiqə bişirilir. Bişdikden sonra arası kəsilir, içinə krem qoyulur (kremi şirin olmalıdı, çünki xəmir şitdi). Zövqə görə üstünə şokolad da bişirilib tökülə bilər.

Nuş olsun!
Etiketlər: xəmir, çünki, hissə, bişirilir, bilər, qoyulur, dəqiqə, stəkan, Bişdikden, qoyula, dərəcədə, bişəndə, qoyuram, Balaca, qoyun, sonra, şişir, içinə, Zövqə, şitdi
BİZİ İZLƏYİN