• Sakura budağı salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 605

Tarix : 28-06-2015, 18:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq filesi
1 banka (340) doğranmış ananas konservi
1 banka qarğıdalı
4 yumurta
1 baş soğan
50 q pendir
mayonez
2 diş sarımsaq (zövqə görə)
çuğundur şirəsi (bəzək üçün)

Hazırlanması:
Toyuq əti və yumurtaları suda bişirib soyudun.
Öncə bəzəyi hazırlayın. Yumurta ağlarından "çiçək ləçəkləri" kəsin.
Qalanlarını doğrayın.
Toyuq ətini didin, yaxud kubik doğrayın.
Soğanı doğrayın, üzərinə qaynar su töküb bir neçə dəqiqə saxlayın, süzün.
Ananas və qarğıdalının suyunu süzün.
Toyuq əti, yumurta, soğan, ananas və qarğıdalını qarışdırıb mayonez vurun. Zövqə görə əzilmiş sarımsaq əlavə edin.
Salat qabına yığın. Üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin.
Yumurta ağından kəsdiyiniz "ləçəkləri" çiçək formasında yanaşı düzün, budaqları isə marinə edilmiş xiyardan düzəldə bilərsiniz. Fırçanı çuğundur şirəsinə batıraraq "ləçəkləri" boyayın.

Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ləçəkləri, doğrayın, Toyuq, soğan, sarımsaq, çuğundur, mayonez, yumurta, çiçək, süzün, banka, ananas, Yumurta, pendiri, sürtgəcin, xırda, gözündən, keçirin, Salat, Zövqə
BİZİ İZLƏYİN