• Yaşıl mərcili salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 352

Tarix : 14-05-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
yarım st mərci
4/1 ct xırda ulduz makaron
konserva qardalı
cəfəri
təzə xiyar
Limon və zeytun yağı

Hazırlanması:
Mərcini bişirmək, sona yaxın duz vurmaq. Tam bişəndə suyunu süzmək və soyumasını gözləmək.
Xırda ulduz makaronu duzlu suda bişirmək. Ötürməyin vaxtını. Suyunu süzmək, üstündən soyuq su axıtmaq və biraz soyumasını gözləmək.
Xiyarın qabığını zolağ-zolağ soymaq. Çox iri olmayan küplərə doğramaq.
Cəfərini xırda doğramaq.
Bütün ərzaqları dərin qaba yığmaq, qardalının suyunu süzüb, onuda əlavə etmək. Qarışdırmaq. Bu məqamda üstünü kip örtüb soyuducuda bir müddət saxlamaq olar.
Ən son üstünə zeytun yağı gəzdirilir və limon suyu sıxılır.

Nuş olsun!
Etiketlər: süzmək, bişirmək, soyumasını, gözləmək, zolağ, doğramaq, zeytun, suyunu, ulduz, xırda, yığmaq, qardalının, süzüb, dərin, onuda, ərzaqları, sıxılır, küplərə, Cəfərini, Bütün
BİZİ İZLƏYİN