• "Bahar" salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 925

Tarix : 13-09-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta – 1 ədəd
Ağ turp – 1 ədəd
Qırmızı turp – 4 ədəd
Şüyüd, cəfəri – 1 y.q.
Kahı yarpağı – 100 qr
Xiyar – 2 ədəd
Kök – 1 ədəd

Hazırlanması:
Yumurtanı qaynadırıq, təmizləyirik və dilimləyirik. Ağ turpun qabığını soyuruq. Şüyüd və cəfərini kiçik doğrayırıq, kahı yarpaqlarını isə yuyub və quruduruq.

Ağ və qırmızı turpu, xiyar, kökü nazik dairələr şəklində doğrayırıq.

Turp və göyərtini qarışdırırıq, duzlayırıq, istiotlayırıq, xama əlavə edib qarışdırırıq. Yeməyin ortasına "təpə" şəklində yerləşdirirk. Xiyar, kök, yumurta, kahı yarpaqları və göyərti ilə bəzəyib, süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, doğrayırıq, şəklində, Xiyar, Şüyüd, duzlayırıq, istiotlayırıq, nazik, dairələr, göyərtini, əlavə, ortasına, bəzəyib, süfrəyə, veririk, göyərti, yarpaqları, xiyar, yerləşdirirk, yumurta
BİZİ İZLƏYİN