• Lobya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 7 112

Tarix : 23-09-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yaşıl lobya - 0,5 kq
İri pomidor - 2 ədəd
Sarımsaq - 2 diş
Qoz - bir ovuc
Üzüm sirkəsi - 2 y.q.
Zeytun yağı - 1 y.q.
Duz

Hazırlanması:
Yaşıl lobyanın quyruğunu kəsirik, qazana qoyuruq, soyuq su əlavə edib, bişiririk. Lobya tam bişməməli, bir az sərt qalmalıdır. Soyumuş lobyanı incə zolaqlar şəklində doğrayırıq. Pomidorları yarı bölürük, içinin şirəsini və tumlarını çıxarırıq, xırda doğrayıb, lobyaya əlavə edirik. Qozları xırdalayırıq. Zövqə görə duzlayırıq. Sirkə və zeytun yağını əlavə edirik. Qarışdırırıq. Mütləq 2-3 saatlıq soyuducuya qoyuruq. Lobya salatdakı digər inqrediyentlərin ətrini özünə çəkməli və marinə olmalıdır.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, qoyuruq, Yaşıl, Lobya, zeytun, yağını, Sirkə, Zövqə, lobyaya, doğrayıb, Qozları, xırdalayırıq, Qarışdırırıq, duzlayırıq, Mütləq, özünə, çəkməli, marinə, olmalıdır
BİZİ İZLƏYİN