Tərkibi: 500 q duza qoyulmuş qara zeytun
4 göy soğan
2 dəstə cəfəri
1 x.q. qırmızı pul bibər
2 x.q. narşərab
2 x.q. zeytun yağı
Hazırlanması:Qara zeytunları bol su ilə yuyun. 1-2 saat isti suda saxlayın. Çəyirdəklərini çıxarın. Soğan və cəfərini xırda doğrayıb əlavə edin. Qırmızı pul bibəri səpib qarışdırın, buluda yığın. Üzərinə narşərab və zeytun yağı gəzdirin.
Nuş olsun!
Etiketlər: zeytun, narşərab, bibəri, Qırmızı, səpib, doğrayıb, xırda, əlavə, qarışdırın, gəzdirin, olsun, Üzərinə, yığın, buluda, cəfərini, çıxarın, cəfəri, qırmızı, dəstə, soğan