• Şabalıdlı pərpətöyün salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 951

Tarix : 17-08-2014, 08:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
80 q şabalıd
1 dəstə pərpətöyün
0,5 qırmızı bibər
0,5 acı istiot
0,5 pomidor
0,5 xiyar
0,5 qırmızı soğan
1 nar
5-6 yarpaq təzə nanə

Sous:
1 qəhvə fincanı zeytun yağı
1 x.q. narşərab
duz

Hazırlanması:
Bıçaqla şabalıdların üzərini bir neçə yerdən çərtin, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Çıxarıb qabıqlarını təmizləyin. Xırda doğrayıb bir kasaya yığın.
Bibəri, istiotu, pomidoru, xiyarı, qırmızı soğanı, nanəni və pərpətöyünü doğrayın, narı dənələyin, şabalıdla qarışdırın. Salat qabına qoyun.

Zeytun yağı, narşərab və duzu qarışdırıb çalın, salatın üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: qırmızı, narşərab, soğanı, xiyarı, nanəni, pərpətöyünü, doğrayın, pomidoru, istiotu, doğrayıb, Xırda, kasaya, yığın, Bibəri, dənələyin, şabalıdla, salatın, çalın, üzərinə, gəzdirin
BİZİ İZLƏYİN