• Qara gavalılı karamelli sırnik resepti

Reseptin məlumatları Baxış sayı: 2 711

Tarix : 18-10-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,3 su stəkanı un
120 qram kərə yağı
2 xörək q. xama
2 xörək q. kakao
2 xörək q. şəkər
1 paket qabartma tozu
400 qram kəsmik
180 qram bişmiş süd
2 xörək q. nişasta
2 yumurta
150 qram qara gavalı

Hazırlanması:
Qara gavalını 15 dəqiqə suda isladın.
Yumşalmış yağı, kakaonu, şəkər və xamanı bir qabda qarışdırın.
Una qabartma tozu və vanel qatın və yağa əlavə edib xəmir yoğurun.
Xəımirin 1/3 hissəsini soyuducuya qoyun.
Qalan xəmiri 18-20 sm diametrli yumru formada yanı hündür soba qabına yanlarını da tutumaq şərti ilə yerləşdirin.
İçlik üçün kəsmik, bişmiş süd, nişasta, yumurtanı mikserlə çalın.
Formaya xəmirin üstünə qara gavalıları yığın.
Üstünə kremi tökün.
Qalan xəmiri sürtgəcin iri gözündən keçirdib için üstünə səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.
Soyuduqdan sonra üstünü istəyə uyğun olaraq bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xörək, Qalan, dəqiqə, xəmiri, nişasta, üstünə, bişmiş, qabartma, kəsmik, şəkər, sürtgəcin, tökün, Üstünə, kremi, yığın, Formaya, mikserlə, yumurtanı, çalın, gözündən
BİZİ İZLƏYİN