• Kofeli qara gavalılı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4 183

Tarix : 19-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram un
1 çay qaşığı çay sodası
200 qram tünd kofe
100-150 qram şəkər
2 xörək qaşığı bal
200 qram qara gavalı
1 çimdik duz
1 çimdik üyüdülmüş darçın
1 çimdik üyüdülmüş zəncəfil

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Tünd kofe dəmləyin.
Ona şəkər və balı əlavə edib şəkər həll olana qədər qarışdırın və soyumağını gözləyin.
Qara gavalıları 4 yerə bölün (əgər böyükdürlərsə 6 yerə də bölmək olar).
Hər hansı bir qabda unu, duzu, çay sodasını, darçın və zəncəfili qarışdırın.
Kofeni üzərinə əlavə edib qarışdırın.
Xəmir xama kimi alınmalıdır.
Doğranmış qara gavalıları xəmirə əlavə edib yenə də qarışdırın.
Alınmış qarışığı əvvəlcədən yağlanmış soba qabına tökün.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
Xəmirin bişməyini kibrit çöpü ilə yoxlayın.
Soyuduqda üzərinə şəkər tozu səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, əlavə, çimdik, qaşığı, gavalıları, üzərinə, darçın, üyüdülmüş, yağlanmış, qabına, tökün, Alınmış, Doğranmış, xəmirə, Əvvəlcədən, qarışığı, əvvəlcədən, sobada, kibrit
BİZİ İZLƏYİN