• Gavalı qaleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 6782

Tarix : 23.01.2016, 10:00

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
iç:
3-4 gavalı
1/3 fincan + 2 x.q. şəkər tozu
təzə zəncəfil kökü (2 ç.q. zəncəfil şirəsi üçün)
1 x.q. qarğıdalı nişastası

xəmir:
1 1/4 fincan un
110 q soyuq kərə yağı
1/4 ç.q. duz
1/4 fincan buz kimi su

üzərinə:
1 yumurta
şəkər tozu
(1 fincan = 240 ml)

Hazırlanması:
Gavalıları dilimləyin. Şəkər tozunu nişasta ilə qarışdırıb gavalıların üzərinə səpin. Zəncəfili sürtgəcin xırda gözündən keçirib şirəsini sıxın, 2 ç.q. şirə gərəkdir. Bunu da gavalılara qatıb qarışdırın.

Kombaynda un, duz və yağı iri ovuntuq alınanadək qarışdırın. Kombaynı söndürmədən, yüksək sürətində buz kimi suyu əlavə edin, xəmir kündə halına düşənədək söndürməyin. Kündə eynicinsli görünməyə bilər (məsələn, yağ kütlələri ayrı-ayrı toplana bilər) - normaldır. Xəmiri əlüstü qida plyonkasının üstünə qoyun, disk formasına salın, sıx bükün, soyuducuda 30 dəqiqə saxlayın.

Sobanı 220 dərəcə qızdırın.

Xəmiri azca un səpilmiş masada 30 sm diametrində yayın. Perqament döşənmiş formaya qoyun. Gavalıları üzərinə düzün (kənarlarından 2-3 sm yer saxlayın). Kənarlarını ortaya doğru qatlayın, üzərinə yumurta çəkib azca şəkər tozu səpin.
Sobada 45 dəqiqə, qızılı-qəhvəyi rəng alanadək bişirin. 15 dəqiqə soyudun.

Süfrəyə dondurma ilə verə bilərsiniz.

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT

Gavalı qaleti resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: üzərinə, fincan, dəqiqə, şəkər, Gavalıları, yumurta, saxlayın, qarışdırın, səpin, qoyun, zəncəfil, Xəmiri, bilər, xəmir, dərəcə, Sobanı, qızdırın, masada, diametrində, normaldır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica