• Qaz plitəsində biskvit resepti

Reseptin məlumatları Baxış sayı: 94 198

Tarix : 24-09-2014, 11:00

Bölmə : Piroq və Kekslər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bəzən xanımlar sobanın yoxluğu səbəbindən biskvit hazırlaya bilməməkdən şikayətlənirlər. Necə deyərlər, min dərdin min bir dərmanı var.

Tərkibi:
5 yumurta
1 st. şəkər tozu
5 dolu x.q. un
vanil

Hazırlanması:
Yumurtanın ağı ilə sarısını ayırın.

5 yumurtanın ağını yaxşıca çalın. Başqa qabda 5 yumurtanın sarısını çalın. Çalınmış yumurta ağı ilə qarışdırın. 1 st. şəkər tozunu hissə-hissə tökərək çalın (təxminən 4-5 dəfəyə). 5 dolu x.q. un və vanil əlavə edib yenə çalın.

Diametri təxminən 20 sm olan yastı qazanın içini yağlayın. Perqament döşəyin. Xəmiri tökün. Ağzına yaş dəsmala bükülmüş qapaq qoyun.
Qaz plitəsinin üzərinə bir tavanı ağzı aşağı çevirin. Qazanı onun üstünə qoyun. 1 saat ərzində vam odda bişirin. Bu müddətdə qazanın ağzını qəti surətdə açmayın.

Nuş olsun!
Etiketlər: plitəsinin, çalın, hissə, yumurta, vanil, yumurtanın, təxminən, qazanın, qoyun, sarısını, şəkər, qapaq, bükülmüş, tökün, yağlayın, içini, Perqament, döşəyin, Ağzına, Xəmiri, dəsmala
BİZİ İZLƏYİN