• Şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 774

Tarix : 25-07-2018, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı
1/2 st şəkər tozu
1,5 st ələnmiş un
3 ədəd yumurta
1 paket qabartma tozu (10 q)
100 q şokolad

Üstü üçün:
50 q şokolad
Kiçik şokolad çubuqları

Hazırlanması:
Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq. Yumurtanı əlavə edib çalırıq. Şokoladı xırda doğrayırıq. Doğranmış şokoladı qarışığa əlavə edib qarışdırırıq. Qabartma tozunu və unu əlavə edib yaxşı qarışdırırıq. Diametri 22 sm içi boş olan qabı kərə yağı ilə yağlayırıq. Xəmiri töküb 180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk. Soyuduqdan sonra şokaladı su buxarında əridib keksin üstünə töküb yayıb üstünə kiçik şokolad çubuqlarını səpirik.

Nuş olsun!
Etiketlər: şokolad, qarışdırırıq, əlavə, tozunu, üstünə, töküb, şəkər, sonra, Soyuduqdan, bişiririk, dərəcə, dəqiqəyə, qızdırılmış, sobada, buxarında, kiçik, çubuqlarını, səpirik, yayıb, keksin
BİZİ İZLƏYİN