• Əncirli kremli keks resepti

Reseptin məlumatları Baxış sayı: 443

Tarix : 5.02.2019, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 yumurta,
1,5 çay stəkanı şəkər,
Yarım çay stəkanı süd,
Yarım çay stəkanı duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
1,5 su stəkanı un,
6 ədəd quru əncir,
1 çay stəkanı doğranmış qoz,1 çay qaşığı darçın,

Şərbəti üçün:
1 su stəkanı süd,
Yarım su stəkanı su,
1 çay stəkanı şəkər,
1 şirniyyat qaşığı qəhvə (nescafe),

Muhalləbisi üçün:
4 su stəkanı süd.
1 yemək qaşığı nişasta (qarğıdalı və ya buğda fərq etməz).
2 yemək qaşığı un (qaşıqlar təpələmə olacaq),
1 çay stəkanı şəkər,
1 paket vanil,

Hazırlanması:
Əncirləri yuyub qurulayın.
Kiçik- kiçik doğrayın.
Qozu da bıçaqla doğrayın.
İçinə 1 çay qaşığı darçın, 1 yemək qaşığı un əlavə edib qarışdırın. (Unu keksə qatacağınız undan alın).
Bir kənarda dursun.
Keks üçün yumurta və şəkəri qataraqvağarana qədər çırpın.
Süd və maye yağı əlavə edib qarışdırın.
Ələnmiş un və qabartma tozu əlavə edib qarışdırın.
Son olaraq bir kənara qoyduğunuz doğranmış əncir və qozu əlavə edin.
Yağlanmış böyük boy düzbucaqlı istiyə davamlı qaba xəmiri töküb, əvvəldən 180 dərəcə isidilmiş fırında keksi bişirin.
Keks bişərkən, yarım stəkan suyu, 1 şirniyyat qaşığı qəhvəni və 1 çay stəkanı şəkəri böyük bir cezvede ocağa qoyun. Qaynamağa başlayıb, şəkər əriyincə ocaqdan götürüb üzərinə soyuq süd əlavə edin.
Beləcə ilıq bir şərbətiniz olacaq.
Fırından çıxan keksi 10 dəqiqə gözlətdikdən sonra üzərinə şərbətini qaşıq -qaşıq tökün.
Bol şərbətli sevirsinizsə suyu 1 su stəkanı olaraq istifadə edin.
Toplam 2 stəkan şərbətiniz olsun.
Son olaraq pudinq vəsaitlərini qazana alıb bişirin.
Mikserlə 2 dəqiqə çırpıb soyuyan keksin üzərinə tökün.
Ən az 1 saata yaxın belə saxlayın.
Artıq keks servisə hazır olur.

Nuş olsun!

Etiketlər: stəkanı, qaşığı, əlavə, şəkər, qarışdırın, yemək, olaraq, üzərinə, paket, Yarım, tökün, dəqiqə, şərbətiniz, olacaq, qaşıq, doğrayın, yumurta, stəkan, böyük, keksi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica