• Almalı badamlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 051

Tarix : 3-03-2019, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
75 qram kərə yağı,
3 ədəd yumurta,
1/2 su stəkanı şəkər tozu,
1 su stəkanı badam tozu,
3 ədəd alma,
1 paket qabartma tozu,
1 paket vanilin

Kremi üçün:
100 qram pendir,
150 qram labne pendiri,
1/2 su stəkanı şəkər tozu,

Üzəri üçün:
2 yemək qaşığı hindistan qozu rəndəsi

Not:
Almaları keks xəmirini hazırladıqdan sonra birbaşa xəmirin içinə rəndələsəniz almaların qaralmasının qarşısını alarsınız.

Hazırlanması:
Kərə yağını əridib soyumağa qoyun.
Yumurta və şəkəri də mikserdə 4-5 dəqiqə çırpın.
Kərə yağı və quu ərzaqları yumurta şəkər qarışımına əlavə edib yaxşıca qarışdırın.
Almaların qabıqlarını soyduqdan sonra rəndənin incə tərəfiylə qarışımın içinə rəndələyin.
20 sm-lik keks qəlibinə yağlı kağız sərib xəmirinizi onun üzərinə töküb yayın.
Fırını əvvələdən 180 dərəcə qızdırın.
Əvvəlcədən qızdırdığınız fırında 30 dəqiqəyə yaxın bişirin.
Bişdikdən sonra keksinizi soyumağa qoyun.

Kremi üçün:
Bütün krem ərzaqlarını bir qaba alın və mikserlə çırpın.
Soyumağa qoyduğunuz keksi ortadan eninə kəsərək iki qat əldə edin.
Kremin yarsını qatların arasını doldurun.
Digər yarsını da qatların üzərini qapadın.
Keksin üzərini kremlədikdən sonra üzərinə hindistan qozu rəndələyin.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, stəkanı, yumurta, yarsını, soyumağa, çırpın, qoyun, qatların, içinə, hindistan, rəndələyin, paket, Kremi, üzərini, üzərinə, Əvvəlcədən, qızdırdığınız, yaxın, kağızlarını
BİZİ İZLƏYİN