• Limonlu xaşxaşlı muffin reseppti

Reseptin məlumatları Baxış sayı: 2067

Tarix : 11.11.2020, 12:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 yemək qaşığı əridilmiş kərə yağı,
1/2 çay stəkanı duru yağ,
2 ədəd yumurta,
1,5 çay stəkanı qatıq,
1 paket qabartma tozu,
3/4 su stəkanı şəkər tozu,
1 paket vanilin,
2 yemək qaşığı xaşxaş toxumu,
1 ədəd limon qabığı rəndəsi,
1 ədəd limonun suyu,
2,5 su stəkanı un,

Hazırlanması:
Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət edin.
Xüsusi ilə kərə yağı əridilib soyudulmuş olmalıdır.
Yumurta və şəkəri bir qabın içərisində yaxşıca çırpın.
Ardından üzərinə qatıq, ərimiş kərə yağı və duru yağ əlavə edərək çırpmağa davam edin.
Limon suyu, rəndələnmiş limon qabığı, xaşxaş və vanilini də əlavə edərək yaxşıca çırpın.
Sonra unu yavaş-yavaş əlavə etməyə başlayın.
Unu əlavə etdikcə spatula yardımıyla altdan üstə doğru qarışdıraraq bütün ərzaqları bir- birinə qarışdırın.
Qabartma tozunu da əlavə edin.
Çox da bərk olmayan orta bərklikdə bir muffin xərci əldə edin.
Muffin kağızı və ya yağlanmış muffin qəliblərinə hazır xəmiri paylaşdırın.
Paylaşdırarkən qablarda bir barmaq boşluq qalmasına diqqət edin.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında 20-30 dəqiqəyə yaxın bişirin.
Bişincə çıxarıb otaq temperaturunda soyumağa buraxın.
Muffinləriniz hazır!

Nuş olsun!
Etiketlər: əlavə, muffin, stəkanı, qabığı, limon, xaşxaş, paket, temperaturunda, yaxşıca, hazır, yavaş, çırpın, qatıq, diqqət, edərək, yemək, xaşxaşlı, qaşığı, xərci, bərklikdə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN