• İsveç üsulu badamlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 175

Tarix : 8-08-2019, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
450 q qovrulmamış badam + bir ovuç üzəri üçün,
450 q şəkər pudrası,
1 silmə çay qaşığı qabartma tozu,
1 çay qaşığı yarım vanilin,
7 yumurtanın ağı (otaq temperaturunda),

Kremi üçün:
6 yumurta sarısı,
160 ml krema ,
135 q toz şəkər,
1 çay qaşığı yarım vanilin,
150 q kərə yağı (otaq temperaturunda),

Hazırlanması:
Fırınınızı 175 dərəcəyə ayarlayın və qəlibə yağlı kağız sərin.
450 q badamı mətbəx robotunda çəkin.
Ayrı geniş bir qabda pudra şəkəri, qabartma tozu, vanilini qarışdırın.
Blenderdən keçirtmiş olduğunuz badamı əlavə edib qarışdırın.
Quru bir qabda yumurta ağını sərt bir köpük halına gəlincəyə qədər çırpın.
Badamlı qarışığı yumurta ağına yavaşça əlavə edərək bir spatula yardımı ilə yavaşca qarışdırın.
Tək qat hazırlayacağınız qarışığı bir dəfədə yağlı kağız sərilmiş bir fırın sinisinə tökün.
Əğər iki qatlı hazırlayacaqsınız qarışımı ikiyə bölün və iki dəfəyə bişirin.
Bişdikdən sonra soyumağa qoyun və siniyi yavaşca tərs çevirərək çıxardın.
Keks kövrək olduğu üçün tez qırıldığı üçün diqqətli olun.
Kreması üçün yumurta sarıları, krema, toz şəkər və vanilini bir sos qazanına alın və davamlı qarışdıraraq orta atəşdə bişirin.
Sonra ocaqdan alın alın və soyumasını gözləyin.
Yumuşalmış kərə yağını əlavə edib yaxşıca çırpın.
Soyuduqdan sonra keksinizin üzərinə və içinə bu qarışımdan sürün.
Üzərinə bıçaq ilə doğradığınız bir ovuç badamı səpin və bir neçə saat və ya gecə boyunca soyuducuda saxladıqdan sonra servis edin.
Servis edərkən üzərini əridilmiş şokolat ilə örtə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, qarışdırın, badamı, qaşığı, əlavə, şəkər, sonra, kağız, yağlı, yavaşca, bişirin, qarışığı, krema, çırpın, qabda, vanilini, qabartma, temperaturunda, yarım, vanilin
BİZİ İZLƏYİN