• Şokoladlı qanajlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 6 140

Tarix : 1-05-2021, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta
Yarım stəkan şəkər
Yarım stəkan süd
Yarım stəkan yağ
1 paket qabartma tozu
1 paket vanil
2 çay qaşığı kakao
Aldığı qədər un

Qanaj üçün:
1 paket krem
100 qram tünd şokolad

Hazırlanması:
Yumurtaları və şəkəri köpüklənənə qədər çırpırıq.
Digər maddələri əlavə edirik və sönmədən yaxşı qarışdırırıq.
Qəlibimizi yaxşıca yağlayırıq, xərcimizi tökürük və 180 dərəcə qızdırılmış sobada bişiririk.
Qanaj üçün kremi ocağın üstündə bir az qızdırırıq, kənara aparırıq, şokolad əlavə edib əridirik.
Tort soyuduqdan sonra yüngül südlə isladıb qanajı töküb soyuducuda bir gün saxlamağa qoyuruq. İstədiyiniz kimi bəzəyə bilərsiniz

Nuş olsun!
BİZİ İZLƏYİN