• Kəsmikli blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 36 625

Tarix : 15-11-2014, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. un
0,5 l süd
5 yumurta
1 ç.q. şəkər tozu
1 çimdik duz
1 x.q. bitki yağı

İç üçün:
500 q kəsmik
2-3 x.q. şəkər tozu
1 yumurtanın sarısı
vanil

Hazırlanması:
Yumurtanı çalın, şəkər tozu, duz, süd əlavə edib dayanmadan qarışdıra-qarışdıra un əlavə edin. Elə qarışdırın ki, içində lopa qalmasın. Bitki yağı əlavə edib yenə qarışdırın. Tavanı qızdırın. Azca yağlayın. Qaşıqla xəmirdən götürüb tavaya töküb hər iki üzünü bişirin. Amma çox qızartmayın. İç üçün olan ərzaqları qarışdırın. Blinlərin içinə qoyub konvert kimi bükün və yenidən kərə yağında qızardın.


Nuş olsun!

Etiketlər: əlavə, qarışdırın, şəkər, qarışdıra, qızartmayın, bişirin, töküb, xəmirdən, götürüb, tavaya, üzünü, Blinlərin, yenidən, yağında, qızardın, olsun, bükün, konvert, Qaşıqla, içinə
BİZİ İZLƏYİN