• Enqadin resepti

Reseptin məlumatları Baxış sayı: 17 979

Tarix : 3-06-2015, 18:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
1 yumurta
150 q kərə yağı
150 q şəkər tozu
çay qaşığının ucunda duz

iç:
300 q qoz ləpəsi
100 q fıstıq
3 x.q. kərə yağı
1,5 st. 15%-li qaymaq
1 yumurtanın sarısı

Hazırlanması:
Yumşaldılmış yağı şəkər tozu və duzla çalın, 1 yumurta, sonra isə tədricən unun hamısını əlavə edərək xəmir hazırlayın. Üzərinə dəsmal çəkib 1 saat soyuducuda saxlayın.
Qoz ləpəsini bıçaqla xırdalayın.
Fıstığı da xırdalayın.
Kərə yağını tavada əridin, şəkər tozu əlavə edərək karamelizə edin, doğranmış qozla fıstığı əlavə edib yaxşıca qarışdırın. Soyudun. Qaymağı əlavə edin.
Soyuyub bərkimiş xəmiri çıxarıb iki yerə bölün. Birini yayıb yağlanmış formaya döşəyin. Üzərinə içi bərabər yayın. Xəmirin ikinci hissəsini yayıb üzərinə çəkin. Kənarlarını birləşdirin (iç bişəndə axmasın).
Üzərinə çalınmış yumurta sarısı çəkin.
200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Süfrəyə soyuq süd və dondurma ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, Üzərinə, yumurta, edərək, çəkin, xırdalayın, yayıb, sarısı, yayın, Xəmirin, ikinci, bərabər, yağlanmış, xəmiri, bərkimiş, Soyuyub, çıxarıb, bölün, formaya
BİZİ İZLƏYİN