• Ağlayan keks resepti

Reseptin məlumatları Baxış sayı: 55990

Tarix : 9.09.2015, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
4 ədəd yumurta,
3 qəhvə fincanı şəkər,
3 qəhvə fincanı un,
1,5 yemək qaşığı kakao,
2 yemək qaşığı süd,
1 paket qabartma tozu,

Üzərinə:
Tökmək üçün 1 çay fincanı süd

Kremi üçün:
1 paket krem şanti

Sosu üçün:
1 çay fincanı süd,
1 yemək qaşığı un,
1 çay fincanı su,
1 yemək qaşığı kakao.

Hazırlaması:
Qarışdırma qabına, şəkəri alın.
Üzərinə yumurtaları qırın və köpükənənə qədər çırpın.
Daha sonra, südü, kakaonu da əlavə edərək çırpmağa davam edin.
Geniş bir qabda, un və qabartma tozunu da qarışdırma qabına alaraq çırpmaya davam edin.
Azca yağlanmış siniyə qarışığı tökün.
175 dərəcə istidə , yarım saat bişirin.
Keks bişincə,siniyə çıxardın.
Üzərinə 1 çay fincanı süd gəzdirib keksi soyumağa qoyun.
Bu arada sosunu hazırlayın.
Bunun üçün südü, qazana tökün.
Üzərinə unu, suyu və kakaonu töküb qarışdıraraq bişirin.
Krem şantiyi süd ilə çırpın və keksin üzərinə yayın.
Soyuyan sosu da keksin üzərinə yayın.
Soyuducuda bir az saxlayın.
Daha sonra dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!


Etiketlər: fincanı, yemək, qaşığı, Üzərinə, üzərinə, yayın, keksin, qabına, sonra, çırpın, davam, kakaonu, bişirin, siniyə, qəhvə, paket, kakao, tökün, qabartma, istidə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN