• Esmira Avilovadan "Tiramisu" resepti

Reseptin məlumatları Baxış sayı: 17 151

Tarix : 27-06-2014, 01:47

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Esmira Avilova


Tərkibi:
6 yumurta sarısı
1 1/4 cup şəkər tozu
1 1/4 cup maskarpone
1 3/4 cup qaymaq(35%-li)
3 packa ladyfingers
1 st tünd kofe

Üzərinə:
Kakao
Doğranmış şokolad

Hazırlanması:
Yumurtaların sarısını ayırın. Bizə yalnız sarısı lazım olacaq. Şəkər tozunu yumurtaya əlavə edib su buxarında 10 dəqiqə qarışdırın (bu yumurtaların çiy qalmaması üçündur). Sonra yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalın, maskarpone pendirini əlavə edib yenə mikserlə çalın. Kənarda qaymağı qatılaşana kimi mikserlə çalın və yumurtaları qarışıma qatın. Bu zaman qaşıqdan istifadə edin. Mikserlə olmaz. Hazırlayacağınız qaba çox boşluq qalmadan ladyfingers (savoyardi) peçenyelərini düzün və şotka vasitəsilə kofeni üzərinə yayın. P.S. calışın kofeni peçenyeyə lap çox yedirtməyəsimiz. Bir az dadı çıxdı bəs edər.
Sonra hazırladığımız qarışımı peçenyelərin üzərinə tökün. Bunu 2 qat edəcəyik. Yəni krem iki hissəyə bölünəcək və iki qat pecenye və krem olacaq. Sonra ən az 1 gün soyuducuda saxlayın. Süfrəyə verərkən üzərinə kakao və şokolad qırıntıları səpə bilərsiniz.
Onu deyim ki, çox dadli reseptdir. Sualı olan buyursun yazsın, məmnuniyyətlə cavablandıracağam))
Esmira Avilovadan "Tiramisu" resepti


Reseptdə ki, cup ölcüləri bunlardır:
Esmira Avilovadan "Tiramisu" resepti

Esmira Avilovadan "Tiramisu" resepti


Nuş olsun!

Dəyərli xanımlar! Artıq sizlər də xüsusi günlərinizi (toy, nişan, körpənizin ad günü və s.) rahatlıqla qeyri-adi etmək və digərlərindən fərqləndirə bilərsiniz. Bunun üçün sadəcə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlayıb, sifarişinizi etmək bəs edəcəkdir...

"Balli Bisi" özəl günlərinizdə sizlərin yanında!

Əlaqə:
Şirniyyatları hazırlayan: Esmira xanım Avilova
Telefon:
(055) 217 15 19
(070) 217 01 71

Facebook səhifəmiz: https://www.facebook.com/pages/Balli-Bisi/706358902728793
Etiketlər: Sonra, mikserlə, çalın, üzərinə, əlavə, tozunu, Balli, bilərsiniz, olacaq, kofeni, etmək, əlaqə, ladyfingers, şəkər, sarısı, yumurta, şokolad, maskarpone, bunlardır, olsun
BİZİ İZLƏYİN