• Şokoladlı sufle resepti

Reseptin məlumatları Baxış sayı: 56 662

Tarix : 9-07-2014, 18:05

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kərə yağı - 125 qr
Şokolad - 160-180 qr
Un - 2 stk.
Yumurta - 4 ədəd
Şəkər tozu 1 stk.
Süd – 2 fincan
Kakao – 2 y/q
Pudra şəkəri

Hazırlanması:
Sobanı əvvəlcədən 180 dərəcədə isidin. Orta atəşdə kərə yağını dərin bir qazanda əridin. Sonra çox aşağı dərəcədə hətta ocaqdan alaraq şokaladları həmin qazanda qarışdıraraq əridin. Un, kakao və şəkər tozunu əlavə edib qovurun. Biraz soyuduğu zaman üzərinə süd əlavə edib, qarışdırmağa davam edin. Yumurtanın ağı və sarılarını ayırın sarıları da qarışığa əlavə edərək taxta qaşığın köməkliyi ilə sürətlicə qarışıma yedirin və aşağı dərəcədə mikserlə çırpın. Yumurta ağlarını ayrı bir qabda yaxşı qabarana qədər çırpın və onu da taxta qaşıqla qarışıma əlavə edin. Diqqət etməniz lazım olan məqamlar yumurta sarılarını əlavə etdiyiniz qarışımın soyumuş olması və ya sarıları ayrıca qabda çırpıb, istiliyi bərabərləşdirərək əlavə etmək, yumurta ağlarını çırpdığınız qabda və ya mikser uclarında heç sarı olmamasıdır. Hazır olan qarışımı sufle qablarına tökün. Sobanın ağzını açmadan 20 dəqiqə bişirin. İsti halda, üzərinə pudra şəkəri əlavə olunmuş sufleleri süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, dərəcədə, qabda, taxta, üzərinə, sarıları, qazanda, yumurta, aşağı, qarışıma, ağlarını, Yumurta, çırpın, sarılarını, əridin, şəkəri, soyumuş, ayrıca, istiliyi, çırpıb
BİZİ İZLƏYİN