• Şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 20 053

Tarix : 15-08-2016, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
=1 paket şokolad;
=1 yemək qaşığı marqarin;
=3 ədəd yumurta;
=1,5 su stəkanı toz şəkər;
=1 paket vanil;
=1 paket qabartma tozu;
=1 su stəkanı duru yağ;
=1 su stəkanı qatıq;
=1 çay qaşığı darçın;
=3 su stəkanı un.

Hazırlanması:
Artıq evə döndükdən sonra keçin mətbəxə və keksi hazırlamağa başlayın.
Geniş bir qabın içində yumurtalarla şəkəri yaxşıca mikserlə çırpın. Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını qarışdırın. Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın və un ilə olan qarışığı üzərinə əlavə edin. Artıq tam qarışıq əldə edəndən sonra keks qabını sobada biraz qızdırın. İsti keks qabını yaxşıca yağlayıb, içinə qarışımı əlavə edin və artıq isidilmiş sobada 180 dərəcədə bişirin.

Keksin üstü artıq qızarılıbsa diş çöpü ilə yoxlayın. Beləki,əgər çöp üzərində xəmir qalmırsa bu zaman keksiniz hazırdı. Keks hazır olanadək şokoladı hazırlayın. Onun hazırlanma qaydası paketinin üzərində yazılır. Keksi sobadan çıxardandan sonra üstünə şokoladı əlavə edin və soyumasını gözləyin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkanı, paket, sonra, şokoladı, yaxşıca, üzərində, qarışdırın, qatıq, Artıq, qabartma, qaşığı, artıq, qabını, sobada, vanil, Beləki, dərəcədə, xəmir, yoxlayın
BİZİ İZLƏYİN