• Qızıl gül tartaletləri resepti

Reseptin məlumatları Baxış sayı: 10844

Tarix : 22.12.2016, 21:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova




Tərkibi:
Kərə yağı 200q
Un 2 stk.
Şəkər tozu 1/2 stk.
Yumurta 2 ədəd
Alma 3-4 ədəd

Karamel üçün:
Şəkər tozu 100q
Su 60ml

Hazırlanması:
İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı bir qaba tökün. Mikser vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un elavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saatlıq soyuducuya qoyun. Bərkimiş xəmiri oxlov ilə 3-4 ml qalınlığında yaymağa başlayın. Tartaletlər üçün formaların həcminə uyğun yayılan xəmirinizi hissələrə bölün. Hər bir hissəni formaya yerləşdirib, tartaletlərə forma verin.
Almaları qabığından təmizləyib, ehmalca sürtgəcdən keçirin. Alınan nazik dilimləri tartaletlərin üzərinə " qızıl gül " şəkilində yerləşdirin. Karameli hazırlamaq üçün su və şəkər tozunu birləşdirin. Orta odda dayanmadan qarışdıraraq karameli qaynadın. Qaynar karameli tartaletlərin üzərinə süzün. Sobanızı 200 dərəcəyə qədər isidib, tartaletlərinizi 30 dəqiqə ərzində bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: başlayın, çalmağa, karameli, Alınan, xəmirinizi, tartaletlərin, şəkər, üzərinə, Şəkər, şəkilində, nazik, qızıl, dilimləri, keçirin, təmizləyib, forma, tartaletlərə, yerləşdirib, verin, Almaları
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN