• Çiyələkli milfey resepti

Reseptin məlumatları Baxış sayı: 12 691

Tarix : 4-11-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Qat - qat xəmiri 500q
Çiyələk

Krem üçün:
Kərə yağı 100q
Yumurta 3 ədəd
Şəkər tozu 2 stk.
Un 4 x.q.
Süd 1 stk.

Hazırlanması:
Qaymaq (30 - 33% yağlı) 1 stk. İlk öncə qat - qat xəmirini 5 mm qalınlığında yayırıq. Daha sonra xəmiri bərabər ölçüdə dairələrə ayırırıq. Bunu asanlıqla stəkan vasitəsi ilə etmək olar. Xəmir dairələrin üzərində çəngəl ilə deşiklər edirik. Sobanı 200 dərəcəyə qədər isidb milfey xəmirini 20 dəqiqə ərzində bişiririk.
Kremimizi hazırlamaq üçün yumurtaları şəkər tozu ilə birləşdirib, yüksək sürətdə çalırıq. Qarışıma un və südü əlavə edib, kütləni yaxşıca qarışdırırıq. Hazırladığımız qarışımı orta hərarətli odda dayanmadan qarışdıraraq, qaynamasını gözləyirik. Kütlə qatılaşana kimi qarışdırmağa davam edirik. Qatılaşmış krem soyuyandan sonra, üzərinə yumşaq kərə yağı və qaymağı əlavə edirik. Kremi mikserin vasitəsi ilə yüksək sürətdə 4-5 dəqiqə ərzində çalırıq. Kremimiz hazırdı. Hazır kremi milfey xəmir dairələrin üzərinə səliqəli şəkildə yerləşdiririk. Daha sonra kremin üzərinə çiyələkləri yerləşdirməyə başlayırıq. Milfeyləri iki mərtəbəli formada etmək üçün bir dairəni digərin üzərinə eyrləşdirin. Hazır çiyələkli milfeylərin üzərinə şəkər oudrası səpərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, edirik, etmək, sürətdə, vasitəsi, yüksək, dairələrin, milfey, ərzində, Hazır, şəkər, dəqiqə, çalırıq, xəmiri, xəmirini, əlavə, hazırdı, Kremimiz, qarışdırmağa
BİZİ İZLƏYİN