• Kokoslu boranı keksi resepti

Reseptin məlumatları Baxış sayı: 11 424

Tarix : 30-03-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. adi şəkər tozu
0.5 st. qəhvəyi şəkər tozu
0.5 st. bitki yağı
2 yumurta
1 st. boranı püresi, yaxud sürtgəcdən keçirilmiş boranı
1 3/4 st. un
1 ç.q. soda
1 ç.q. duz
1/4 ç.q. üyüdülmüş mixək
3/4 ç.q. darçın
1/2 ç.q. ətirli (ağ) istiot
1/2 ç.q. üyüdülmüş muskat cevizi
1/3 st. su
0.5 st. kokos yonqarı
1/4 st. xırdalanmış qoz (fıstıq, araxis və s.)

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Keks üçün formanı yağlayın.

Şəkər tozunun hər iki növünü qarışdırın, yumurta, yağ əlavə edib çalın. Qarışdıraraq boranı püresi, ardınca un, duz, soda, ədviyyat, ən sonda isə su qatıb eynicinsli kütlə alınanadək qarışdırın. Kokosla qozu da qatıb xəmiri formaya tökün.

1 saat bişirin. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: boranı, şəkər, üyüdülmüş, qatıb, püresi, qarışdırın, yumurta, ədviyyat, sonda, ardınca, əlavə, növünü, eynicinsli, çalın, Qarışdıraraq, Kokosla, Hazır, olmadığını, taxta, yoxlayın
BİZİ İZLƏYİN