• Albalılı keks resepti

Reseptin məlumatları Baxış sayı: 1038

Tarix : 5.05.2017, 16:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 3 ədəd yumurta
- 1.5 stəkan şəkər tozu
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 stəkan bitki yağı ( duru yağ)
- 1 stəkan qatıq
- 1 çay qaşığı darçın
- 3 stəkan un
- 1 xörək qaşığı marqarin
- 1 neçə damcı limon suyu

Hazırlanması:
Yumurta və şəkər bir qabda yaxşıca mikserlə qarışdırılır. Ayri bir qabda un, vanil, qabartma tozu və darçın ələnir. Yumurta və şəkər qarışımına qatıq və duru yağı əlavə edib yaxşıca qarışdırılır. Ən sonda unlu qarışığı bu qarışıma əlavə edib, mikserin xəmir qarışdıran aləti ilə ( buruq makarona bənzəyir həmin başlıqlar) qarışdırmağa davam edilir. Və keksin daha da yaxşı şişməsi üçün 1 neçə damcı LİMON SUYUu da xəmirə əlavə edilir ( xəmirlərinizin yaxşı qabarması üçün bir neçə damcı limon suyu yetər). Sonra 10 ədəd vişnənin tumu çıxarılır əlavə edilir xəmirə və yenidən mikserlə qarışdırılır. Qabı da əvvəlcədən 180 dərəcəli sobada isitmək lazımdır, sonra çıxarıb içəri marqarinlənir və unlanır ki, yapışmasın. Qaba bir az xəmirdən əlavə edilır və qaşıqla hamarlanır. 7-8 ədəd tumu çıxmış vişnə səpilir və yenidən azca xəmir əlavə edilib qaşıqla hamarlanır. Üzərinə də yenidən vişnələr yığılır. Çalışmaq lazımdır ki, qaba xəmir az əlavə edilsin. Bu zaman xəmirin qabda daşmamasının və keksin yaxşı bişməsini təmin etmiş olarsınız. Öncə 180 dərəcədə bişirilir. Sonra sobanın dərəcəsini azaltmaq lazımıdr ki, içi yaxşı bişsin. Üstü yaxşı bişsin deyə keksi sobanın üst gözünə qoymaq lazımdır. Üst yaxşı bişəndən sonra yenidən aşağı gözə qoyulur və aşağı dərəcədə bişirilir. Bu arada da bir kibrit və ya çöp vasitəsilə keksin içinin tam bişdiyini yoxlamaq gərəkdir. Əgər çöpdə yaşlıq olarsa bir az daha bişirilir. Bişməsinə əmin olandan sonra qab sobadan çıxardılır. Əgər keksi qəlibdən çıxardanda çətinliklə rastlaşılırsa və formanın dağılmaması üçün qabı bir az SOYUQ SUDA saxlamaq lazımdır. Bu zaman keks qabdan rahat çıxacaq. Bunu bütün şiriniyyatlar və evdə bişən çörəklərə uyğulaya bilərsiniz. Keksi qəlibdən çıxardıqdan sonra zövqə görə dizayn edib servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, yaxşı, stəkan, yenidən, sonra, lazımdır, qabda, xəmir, edilir, keksin, qarışdırılır, damcı, şəkər, bişirilir, xəmirə, aşağı, qəlibdən, Sonra, bilərsiniz, keksi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica