• Tiramisu rulet resepti

Reseptin məlumatları Baxış sayı: 3 551

Tarix : 16-07-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
6 yumurta(otaq temperaturunda)
1 st un
1 st şəkər
1 y.q. ilıq su
2 y.q. kakao
5 y.q. rafinə edilmiş günəbaxan yağ (yəni qoxusuz)
1 cimdik duz

Biskviti islatmaq üçün şirə:
0,5 st isti su
2 y.q. tez əriyən kofe (kiçik 1nəfərlik paketlərdə olannan)
2 dolu yemək qaşığı şəkər

Krem üçün:
500 qr maskarpone (böyük marketlərdə satılır)
250 ml qaymaq 30-33% (mən " Domik v derevne" istifadə etdim )
6 y.q. şəkər kirşanı

Üstünə səpməyə 1 y.q. kakao

Hazırlanması:
1. Biskviti bişirmək üçün yumurtaları şəkərlə və 1 y.q. ilıq si ilə 4-5 dəq çalın. Yumurtanın həcmi 3 dəfə artacaq. Bura yağ əlavə edin və qısa müddət çalın.
Un və kakaonu ələyin yumurtalı məhlulun üstünə və ehtiyatla, yumurtanın köpünü söndürmədən qaşıqla yada spatulla qarışdırın, mikserlə olmaz !

Geniş soba sinisinə tökün (siniyə konditer kağızı sərin yada yağlayın və unlayın) , hər tərəfinə yayın ki, eyni qalınlıqda olsun və ehtiyatla 3-4 dəfə masaya vurun ki, xəmirin havası çıxsın. Onda xəmirin ortası qalxmır bişəndə, hər tərəfi eyni səviyyədə köpür.

190-200 dərəcədə 10-12 dəq bişirin.
Bişən biskviti çıxardın və elə konditer kağızı ilə biryerdə tez bükün. Ləngiməyin , yoxsa biskvit öz formasını tutacaq və bükəndə qırılacaq.

Qoyun kənarda özü üçün soyusun.
Şirə üçün isti suda kofe və şəkəri əridin, soyudun.

Krem üçün dərin qaba bütün ərzaqları qoyun və mikserlə çalın. 3-4 dəqiqə sonra krem özünü tutacaq.
Ola bilsin ki çaldığınız zaman çürümə baş versin, krem düyür-düyür olsun, qorxmayın, çalmaya davam edin, krem açılacaq.

Soyumuş biskviti ehtiyatla açın, kağızı çıxardın və mətbəx fırçası ilə üstünə şirə gəzdirin. Kremi bol sürün, biraz üstünə bəzək üçün saxlayın.

Biskviti rulet şəklində bükün və soyuducuda 1 saat saxlayın.

Təqdim etdiyiniz zaman üstünə kakao səpin və kremlə bəzəyin

Nuş olsun!
Etiketlər: üstünə, çalın, Biskviti, kağızı, ehtiyatla, şəkər, kakao, xəmirin, konditer, mikserlə, çıxardın, düyür, saxlayın, zaman, tutacaq, bükün, biskviti, olsun, şəkəri, əridin
BİZİ İZLƏYİN