• Strazburg çizkeyki resepti

Reseptin məlumatları Baxış sayı: 4 249

Tarix : 22-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
250 qr un,
125 qr kərə yağı,
1 ədəd yumurta,
60 qr şəkər tozu,
0.5 ç.q. qabartma tozu,
1/4 ç.q. duz,
50 ml su

Krem üçün:
400 qr kəsmik,
200 qr xama,
2 ədəd yumurta,
5 x.q. şəkər tozu,
1 x.q. qarğıdalı nişastası,
0.5 ç.q. vanil

Üzəri üçün:
150 qr cem,
3 ədəd limon

Hazırlanması:
Əvvəlcə unu ələyib, üzərinə yağ, yumurta, şəkər tozu, duz, qabartma tozu və su əlavə edirik. Yumşaq xəmir yoğururuq. Formaya xəmiri yerləşdirib, hər tərəfini harlayırıq. Soyuducuda 1 saat saxlayırıq.

Bu müddət ərzində kremi hazırlayırıq. Bunun üçün ilk öncə yumurtanın ağını sarısından ayırırıq. Bir qaba kəsmik töküb, üzərinə yumurta sarısı, qarğıdalı nişastası, xama, şəkər tozu və vanil əlavə edirik. Bu qarışımı mikserlə çalırıq. Ayrı bir qabda yumurta ağlarını bərkiyənə kimi mikserlə çalırıq. Bu iki qarışımı həcmi sönmədən ehtiyatla qarışdırırıq.

Xəmirin üzərindən hazırladığımız kremi tökürük. Üzərini hamarlayıb, cem və dilimlənmiş limonları düzürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 1 saat bişiririk. *Qeyd. Klassik çizkeyk əriklə hazırlanır. Lakin limon, çiyələk və digər giləmeyvələrdən də istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, şəkər, kremi, üzərinə, edirik, mikserlə, qarışımı, limon, çalırıq, əlavə, qarğıdalı, kəsmik, nişastası, qabartma, vanil, hamarlayıb, dilimlənmiş, limonları, Əvvəlcədən, düzürük
BİZİ İZLƏYİN