• Çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 2 962

Tarix : 18-08-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qr kərə yağı,
1 st. şəkər tozu,
1 ədəd yumurta,
2 x.q. qatıq,
1 ç.q. limon suyu və qabığı,
3 st. çiyələk,
un (aldığı qədər),
1 paket vanil,
0.5 ç.q. soda

Hazırlanması:
Kərə yağı, şəkər tozu və yumurtanı mikserlə çalırıq.

Qatığa limon suyu əlavə edib, içində sodanı həll edirik və yumurtalı qarışıma tökürük.

Son olaraq vanil və un əlavə edib, xəmir yoğururuq. İsti yerdə xəmiri 15 dəqiqə gözlədirik.
Xəmirdən az bir hissə ayırıb, bəzək üçün saxlayırıq. Qalanını yağlanmış qəlibin içinə yayırıq. Hər tərəfindən çəngəllə deşiklər açırıq.

Üzərinə doğranmış çiyələklər əlavə edib, zövqə görə bəzəyirik. 180 dərəcə istilikli sobada bişiririk. *Qeyd. Mütləq soyuduqdan sonra süfrəyə verin. İsti-isti dadı turş olur.

Nuş olsun!
Etiketlər: əlavə, vanil, limon, şəkər, yayırıq, açırıq, tərəfindən, çəngəllə, içinə, deşiklər, qəlibin, bəzək, saxlayırıq, Qalanını, yağlanmış, Üzərinə, çiyələklər, Mütləq, bişiririk, soyuduqdan
BİZİ İZLƏYİN