Tərkibi:1 ədəd armud
3 st. su
10 qr şəkər tozu
½ qr zəfəran
5 qr zəncəfil
2 qr sarıkök
1 ədəd limon
Tuil üçün:10 qr şəkər kirşanı
10 qr kərə yağı
10 qr yumurta ağı
10 qr un
Dekor üçün:
Krem şanti
Fıstıq
Hazırlanması:Armudun qabığı soyulur. Üzərinə su, şəkər tozu, zəfəran, zəncəfil, sarıkök, limon qabığı əlavə edilib 15 dəqiqə qaynadılır. Sonra armud qabdan cıxarılıb soyuducuya yerləşdilir. Qabda qalan su süzgəcdən süzülür. Qatılaşana qədər qaynadılıb soyuducuya yerləşdirilir.
Tuilin hazırlanması:
Formaya yağlı kagız salınır. Şəkər kirşanı, kərə yağı, yumurta ağı və un qarışdırılır. Qarışıq formaya yayılıb 175 dərəcəyədək qızdırılmış sobada 3 dəqiqə bişirilir. İsti halda yuvarlaq formanın ətrafına sarılıb soyudulur. Armud qaba qoyulur. Üzərinə soyuducuya qoyduğumuz armud məti tökülür. Tuil, krem şanti və fıstıqla dekor edilib süfrəyə verilir.
Nuş olsun!
Etiketlər: soyuducuya, armud, şəkər, Üzərinə, edilib, dəqiqə, şanti, qabığı, sarıkök, zəncəfil, zəfəran, kirşanı, limon, yumurta, bişirilir, sobada, halda, yuvarlaq, Qarışıq, qızdırılmış