• Yay meyvələrindən salat resepti

Reseptin məlumatları Baxış sayı: 3 256

Tarix : 26-05-2017, 12:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qr. çiyələk
150 qr. ağ üzüm
2 ədəd kivi
1 ədəd banan
1 ananas
1 ədəd portağal
1 x.q. bal

Hazırlanması:
1. Çiyələkləri yuyun, yaşıl hissəsini təmizləyin, 4 hissəyə bölün. Kivinin qabığını soyun, 4 hissəyə bölün. Ananası soyun, bir hissəsini dilimləyin, bir hissəsinin də suyunu çəkin.

2. Portağalı soyun, 4 hissəyə bölün.

3. Dərin qabda bütün meyvələri qarışdırın. Ananas suyunu və balı əlavə edin.

4. Qarışdırın və süfrəyə verin.

Nuş olsun!
Etiketlər: hissəyə, bölün, soyun, hissəsini, suyunu, çəkin, bütün, Portağalı, qabda, Dərin, meyvələri, süfrəyə, verin, Qarışdırın, əlavə, Ananas, qarışdırın, Ananası, Çiyələkləri, yuyun
BİZİ İZLƏYİN