• Quru üzümlü kurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 7 888

Tarix : 9-07-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı fındıq,
1 su stəkanı şəkər.
1 su stəkanı quru üzüm,
2 ədəd yumurta,
1 paket qabartma tozu,
1 ədəd limon qabığı rəndəsi,
250 qram kərə yağı,
3 – 3,5 su stəkanı un,

Hazırlanması:
Yumurtalardan birinin sarısını ayırın.
Geri qalan yumurtaları dərin bir qaba alın.
Üzərinə şəkəri tökərək şəkər əriyənə qədər çırpın.
Otaq temperaturunda olan kərə yağını qarışıma əlavə edərək yoğurun.
Fındığı, üzümü və limon qabığı rəndəsini də əlavə edərək qarışdırın.
Qabartma tozunu əlavə edin.
Unu isə ələyərək, ala bildiyi qədər un əlavə edin.
Yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb , əlinizlə yuvarlayın.
Ardından yanmaz kağız sərili fırın sinisinə aralıqlı olaraq düzün.
Üzərinə yumurta sarısı sürtüb, əvvəlcədən 180 dərəcə qızdırılmış fırında bişirin.
Üzəriləri qızarınca fırından ala bilərsiniz.
Fırından çıxartdıqdan sonrabir az soyuduqdan sonra üzərinə pudra şəkəri səpərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qədər, şəkəri, Üzərinə, yumurta, yoğurun, şəkər, edərək, bilərsiniz, limon, qabığı, sürtüb, sarısı, servis, əvvəlcədən, yuvarlayın, Ardından, düzün, olaraq
BİZİ İZLƏYİN