• Balerin kurabiyyə resepti

Reseptin məlumatları Baxış sayı: 10 051

Tarix : 3-08-2019, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qram əridilmiş kərə yağı ,
150 qram labne pendiri,
300 q un ,
1 paket vanilin,
1 su stəkanı şəkər,

Hazırlanması:
Çox tez-tez hazırlanan fərqli şəkillər verilən bir kurabiyyə növüdür.
Pendirli kurabiyə də deyə bilərsiniz.
Ancaq lor pendiri istifadə edərkən süzgəcdən və ya blenderdən keçirib bir az incəltməlisiniz.
Kərə yağını labne pendiri ilə qarışdırın.
Unu və vanilini də əlavə edin.
Qatı bir xəmir əldə edənə qədər yoğurun.
Xəmiri 1 saat soyuducuda saxlayın.
Dinlənən xəmiri vərdənə ilə incəcik açın. (2 milimetrə yaxın).
Yuvarlaq bir kurabiyə qəlibi və ya stəkan yardımı ilə xəmirdən yuvarlaq şəkillər kəsin.
İki tərəfini də şəkərə bulayıb ikitə qatlaya da bilərsiniz.
Sonra bişirmə sinisinə yığın.
Əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış fırında üzəriləri qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: pendiri, qədər, kurabiyə, yaxın, bilərsiniz, şəkillər, labne, vərdənə, yuvarlaq, kəsin, tərəfini, xəmirdən, yardımı, Yuvarlaq, incəcik, şəkərə, qəlibi, stəkan, milimetrə, Sonra
BİZİ İZLƏYİN