• Şəkərbura resepti

Reseptin məlumatları Baxış sayı: 22 864

Tarix : 22-10-2015, 13:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 st. un
400 qr yağ
5 yumurta
1 st. süd
2 çay qaşığı xama
quru maya
duz

İçlik:
yarım kq ağardılmış fındıq ləpəsi
600 qr şəkər tozu
hil

Hazırlanması:
Əvvəlcə çay qaşığının ucunda (yəni yarım çay qaşığından az ) quru maya bir stəkana tökülür. Üzərinə yarım stəkan ilıq süd,1 çay qaşığı da şəkər tozu əlavə olunub, qarışdırılır.
Unla yumuşaldılmış yağ yaxşı ovulur. Sonra 4 yumurtanın sarısı, 1 bütöv yumurta əlavə olunur. Daha sonra hazırlanan maya, süd, xama, 1 çimdik duz əlavə olunub, yaxşıca yoğrulur. Xəmir nə çox bərk olmur, nə də yumuşaq. Xəmirin yarısı xırda - xırda kündələrə bölünür, yarısı da soyuducuya qoyulur. (Çünki kündələr hazırlanana qədər qalan xəmir acıya bilər) . Kündələr azca yayılır, içlik qoyulur. Sonra zövqə görə bəzədilir.

Nuş olsun!
Etiketlər: yarım, əlavə, yarısı, xırda, Sonra, olunub, qoyulur, şəkər, qaşığı, yumurta, soyuducuya, Çünki, bölünür, Xəmir, yumuşaq, olmur, kündələrə, Xəmirin, qədər, içlik
BİZİ İZLƏYİN