• Külçə (Südlü və şirin çörək) resepti

Reseptin məlumatları Baxış sayı: 122 936

Tarix : 13-10-2015, 12:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
1 stəkan ilıq süd,
1/3 stəkan şəkər tozu,
100 q kərə yağı,
1 ədəd yumurta,
1/2 ç.q maya,
Aparanadək un,
Bir çimdik duz,
1/3 ç.q sarıkök,
1/4 ç.q (küşniş toxumu, zəncəfil, hil, və s) zövqə görə,
1 ç.q xaş-xaş və çörək otu,
Zövqə görə istəsəniz kişmiş də əlavə edə bilərsiniz.

Hazırlanması:
Yağı əridin.
Südü ilıq isidin.
Mayanı ilıq suda qarışdırın və 10 dəqiqə saxlayın köpsün.
Dərin bir qaba unu ələyib üstünə mayanı, yağı, südü, duzu, yumurtanın ağını, şəkər tozunu və ədviyyatları əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri isti yerdə acımağa qoyun. (2-3 saata acıyacaq)
Xəmiri qabdan çıxarıb kündələyin.
Qaba kağız sərib kündəni yığın.
Kündələri 2-2,5 sm qalınlıqda yayın.
180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişirin.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, bilərsiniz, əlavə, Xəmiri, qabdan, çıxarıb, kündələyin, saata, yerdə, yumşaq, ədviyyatları, xəmir, yoğurun, kağız, qoyun, kündəni, Tamam
BİZİ İZLƏYİN