• Şəkər çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 108 167

Tarix : 12-03-2018, 12:30

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 8-10


Tərkibi:
Əla növ buğda unu – 530 q,
Ərinmiş yağ – 260 q,
Şəkər kirşanı – 300 q,
Yumurta – 1 əd,
Vanilin – 3 q,

Hazırlanması:
Ərinmiş yağı şəkər kirşanı ilə 25 – 30 dəq. çalın.
Bu zaman ona az-az yamurta ağı əlavə edin. Qarışığa vanilin və ələnmiş un qatılıb xəmir yoğrun.
Həmin xəmirdən 60 – 75 qramlıq girdə kündələr hazılrayın.
Perqament kağızı sərilmiş listlərə düzün.
Üzərinə yumurta sarısı çəkib 175 – 180 C istilikdə 25 – 30 dəq. bişirin.
Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpin.
Şəkərçörəyi, novruz xonçasında səməni, şəkərbura, badambura, şor qoğal ilə birlikdə olur.

Nuş olsun!
Etiketlər: Şəkərçörəyi, kirşanı, şəkər, Ərinmiş, sarısı, yumurta, çəkib, hazılrayın, istilikdə, Üzərinə, Perqament, sərilmiş, listlərə, bişirin, düzün, kağızı, sonra, şəkərbura, badambura, qoğal
BİZİ İZLƏYİN