• Oladi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 132 132

Tarix : 27-09-2015, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 10-12


Tərkibi:
500 ml inək südü
1 stəkan un
2 əd yumurta
2 x/q şəkər tozu
yarım ç/q duz
yarım ç/q soda
günəbaxan yağ (qızartmaq üçün)

Hazırlanması:
1. Dərin boşqabda yumurtalar çəngəl ilə çalınır.

2. Süd əlavə edilib qarışdırılır.

3. Növbəti addımda soda əlavə edilir, sonra duz və şəkər tozu. Hamısı yaxşıca qarışdırılır.

4. Un əlavə edilir və yüngülcə qarışdırılır (xama qatılığında məhlul alınana qədər)

5. Qab salfetka ilə örtülüb 10-15 dəqiqəlik isti yerə qoyulur.

6. Tava yaxşıca qızdıqdan sonra istilik orta dərəcəyə qoyulur. Tavaya təqribən 2 x/q bitki yağı əlavə edilib oladi qızardılır. Xəmir tavaya xörək qaşığı ilə qoyulur.

7. Oladi hər iki tərəfdən qızaranadək qızardılır.

8. Süfrəyə oladi isti olaraq, yanında xama, mürəbbə və ya bal ilə verilir.

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT

Oladi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qarışdırılır, qoyulur, edilib, oladi, edilir, yaxşıca, sonra, yarım, qızardılır, şəkər, istilik, yanında, olaraq, dərəcəyə, mürəbbə, örtülüb, dəqiqəlik, verilir, qızdıqdan
BİZİ İZLƏYİN