• Boranı trüfelləri resepti

Reseptin məlumatları Baxış sayı: 14 248

Tarix : 6-02-2016, 23:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 ml boranı püresi
110 q krem-pendir
100 q şəkər pudrası
1.5 fincan xırdalanmış kreker (graham crackers)
1/2 ç.q. darçın
bir neçə damcı vanil cövhəri

üzərinə:
100 q şokolad


Hazırlanması:
Krem-pendiri əvvəl şəkər pudrası ilə, sonra digər ərzaqla qarışdırın. Krekerin miqdarı artıq da ola bilər, hər şey boranı püresinin qatılığından asılıdır. Alınan kütlə elə olmalıdır ki, ondan kündə tutmaq olsun.

Qarışığı soyuducuda 1-2 saat saxlayın.

Sonra qoz boyda kürələr hazırlayın, perqamentin üzərinə düzüb bir gecə soyuducuda saxlayın.

Şokoladı su hamamında əridin, trüfelləri batırıb quruması üçün yenidən perqamentin üzərinə düzün.

Nuş olsun!
Etiketlər: üzərinə, olsun, perqamentin, soyuducuda, saxlayın, şəkər, pudrası, boranı, Alınan, Qarışığı, asılıdır, qatılığından, tutmaq, kütlə, ondan, kündə, olmalıdır, kürələr, batırıb, trüfelləri
BİZİ İZLƏYİN