• Rahat-hulqumlu qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 36506

Tarix : 26.05.2014, 14:57

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi (40 ədəd):
20 ədəd qızılgül dadlı rahat-hulqum
2,5 su st. un
2 su st. buğda nişastası
1 paket vanil
1 paket qabartma tozu
250 q marqarin
2 yumurta
6 x.q. şəkər tozu

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
Rahat-hulqumları ortadan bölün.

Bir ləyəndə un, nişasta, vanil, qabartma tozunu qarışdırın. Ortasında çala açın, otaq temperaturunda yumşaldılmış marqarin, yumurta və şəkər tozunu əlavə edin, yaxşıca qarışdırın. Xəmir ələ yapışırsa, bir qədər də un əlavə edin.

Üzərinə nəm dəsmal çəkib 20-25 dəqiqə saxlayın.

Gəlmiş xəmirdən kündə tutun. Un səpilmiş masada 0,5 sm qalınlıqda yayın. Tərəfi 3 sm olan kvadratlar kəsin. Hər kvadratın ortasına böldüyünüz rahat-lukumdan qoyun, xəmirin qarşı tərəflərini birləşdirib barmağınızla ortasından basın.

Bütün qurabiyələr hazır olduqdan sonra perqament döşənmiş siniyə aralarında məsafə olmaqla düzün. 170 dərəcə qızdırılmış sobada üzəri azca qızaranadək bişirin.

Soyuyandan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Etiketlər: Qurabiyələrimiz, şəkər, yumurta, marqarin, Üzərinə, pudrası, sonra, əlavə, qarışdırın, qabartma, tozunu, vanil, rahat, paket, basın, ortasından, Bütün, hazır, olduqdan, barmağınızla, qurabiyələr
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
emis
dadlidi
tesekkur
22 oktyabr 2014 16:02
1
BİZİ İZLƏYİN