• Almalı peçenyə resepti

Reseptin məlumatları Baxış sayı: 5 381

Tarix : 19-04-2017, 22:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 250 gr kərəyağı və ya marqarin (yumşalmış)
• 1 yumurta
• 1 armudu st. pudra şəkəri
• 2 armudu st. nişasta
• 1 paket qabartma tozu
• 2 yemek q. qatıq
• Aldığı qədər un

Almalı iç üçün:
• 3 böyük alma
• 3 yeməkk q. Şəkər
• Arzuya göre doğranmış fındıq,darçın

Üstü üçün:
• Pudra şəkəri

Hazırlanması:
Birinci almalı içi hazırlayaq. Deməli almaları soyub sürtgəçdən keçirək, üzərinə şəkəri əlavə edib aşağı qaz üzərində suyu çəkilənə qədər bişirək.Qabımızı kənara qoyaq üzərinə darçın ,fındıq əlavə edib qarışdıraq.
Xəmir üçün un xaric bütün ingrediyentləti bir qabda qarışdıraq üzərinə yavaş , kontrollu şəkildə unu əlavə edib yoğuraq. Xəmir yumşaq olacaq və ələ yapışmayacaq.Xəmirimiz hazır olandan sonra kənarda 15 dəq saxlayaq.
Xəmirimizi 6-7 hissəyə bölək hər birini yumru-dairəvi şəkildə açaq. Dairəvi formada olan xəmirimizi 4 hissəyə bölürük hər hissənin kənarındanda kəsiklər açırıq.Almalı içimizi hər hissəyə mərkəzə bir qaşıq qoyaq və yanlardan bağlayaq.
Note: adi rulet və başqa formalarda da bükə bilərsiz internetdə ferqli formaların videoları var.
200 dərəcə öncədən qızdırılmış sobada üzəri azca qızarana qədər bişiririk
Həm dadı, həm də süfrədə görüntüsü superdi.

Nuş olsun!
Etiketlər: hissəyə, əlavə, üzərinə, şəkəri, qədər, Xəmir, şəkildə, qoyaq, Almalı, qarışdıraq, armudu, bölürük, xəmirimizi, formada, hissənin, olandan, kənarındanda, hazır, Dairəvi, dairəvi
BİZİ İZLƏYİN