• Şokoladlı mannı halvası resepti

Reseptin məlumatları Baxış sayı: 16 383

Tarix : 24-04-2016, 09:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mannı
1 st. fındıq
250 q kərə yağı
3 st. isti su
1 st. süd
2 st. şəkər tozu
1 paket şokolad yonqarı ("Bitter")

Üzəri üçün:
0,5 paket şokolad ("Bitter")
nanə yarpağı

Qeyd: ölçülər armudu stəkanla verilib.

Hazırlanması:
Fındıqları tavada qovurun. Yarısını döyün.

Kərə yağını tavada əridin, içinə mannı tökün, dayanmadan qarışdıraraq 10 dəqiqə qovurun. Üzərinə 3 st. isti su və 1 st. süd əlavə edib qarışdırın. Sonra şəkər tozu və şokolad yonqarını da əlavə edin, ocağı azaldıb 10 dəqiqə bişirin. Altını söndürün. Diri fındıqları əlavə edib qarışdırın. Qapağını örtüb 20 dəqiqə saxlayın. Sonra kasaya yığıb boşqaba tərs çevirin. Üzərinə döyülmüş fındıq səpin, su hamamında əridilmiş şokolad və nanə yarpağı ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: şokolad, əlavə, dəqiqə, qarışdırın, qovurun, tavada, Üzərinə, Sonra, yarpağı, şəkər, mannı, fındıq, paket, Bitter, fındıqları, Qapağını, Altını, bişirin, örtüb, söndürün
BİZİ İZLƏYİN