• Umac halvası resepti

Reseptin məlumatları Baxış sayı: 193 108

Tarix : 21-10-2014, 11:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq un
1 çimdik duz
su
1 kq kərə yağı

Şərbət üçün:
1 l su
800 q şəkər tozu
1 x.q. sarıkök

darçın (istəyə görə)

Hazırlanması:
Şərbəti bişirmək üçün 1 l suya 800 q şəkər tozu və 1 x.q. sarıkök töküb qaynadın.

Unun üzərinə su səpib əlinizlə ovxalayın, umac hazırlayın. Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxarın, quru dəsmalın üzərinə sərib qurudun.

1 kq kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.

Bu cür bişən halvanı həm boşqaba yayıb üzünü naxışlaya, həmçinin paxlava kimi doğraya bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, qaynar, töküb, sarıkök, şəkər, çalanda, Yaxşı, şərbət, tökün, qızılı, içərisinə, yağın, taxta, qaşıqla, qarışdırıb, qarışdırın, rəngə, halvanı, paxlava, həmçinin
BİZİ İZLƏYİN