• Dilbər dodağı resepti

Reseptin məlumatları Baxış sayı: 15 039

Tarix : 12-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd yumurta
3 xörək qaşığı qatıq
1 paket marqarin
1 su stəkanı zeytunyağı
1 çay qaşığı qabartma tozu
1 kg yaxın un
250 qr qozŞərbəti üçün:
2,5 su stəkanı şəkər
1/2 limon şirəsi
su

Hazırlanması:
Bir paket marqarini əridib suyunu çəkməsini gözləyin.
Unu hovuz kimi açaraq içinə zeytun yağı, marqarin , yumurta , qatıq və karbonat qoyun.
Xəmir halına gətirin.
Xəmir yumşaq konsistensiyasına gələnə qədər yoğurun.
Daha sonra xəmiri üçə bölüb, oxlovla açın.
Əzdiyimiz qozları xəmirin üzərinə yayıb rulet edib oxlovla təzəldən açın.
Stəkanla dairə şəklində kəsin.
Kəsdiyiniz parçaların iki ucunu birləşdirin.
Yağlanmamış nimçəyə düzüb, sobaya qoyun.
Çıxartdığınızda üzərinə soyuq şərbət tökün.
Şərbət üçün: 2,5 su stəkanı şəkəri , üzərini bir barmaq qədər keçən suyla qanadın.
Qaynadıqdan sonra 5 dəqiqə gözlədib yarım limonu içinə sıxın.
Daha sonra dilbər dodağının üzərinə şərbəti tökün.

Nuş olsun!
Etiketlər: stəkanı, üzərinə, Xəmir, sonra, içinə, marqarin, paket, qoyun, qədər, oxlovla, Reseptləri, qatıq, tökün, yumurta, qaşığı, ucunu, parçaların, birləşdirin, sıxın, nimçəyə
BİZİ İZLƏYİN